İT Autsorsinq informasiya sistemlərinin qurulması və idarə olunması üzrə işlərin kənar təşkilata həvalə edilməsidir. Biz müştərilərimizə təcrübəli mütəxəssis heyətimizlə birlikdə dünyanın qabaqcıl texnoloji şirkətlərinin məhsulları üzrə yüksək səviyyəli İT Autsorsinq xidmətləri təklif edirik.
Təhlükəsizlik prinsiplərimiz
İT Autsorsinqə keçid şirkətlərin informasiya texnologiyaları xərclərini əhəmiyyətli dərəcədə azaldır və onların idarə olunmasını asanlaşdırır. Bu yanaşma İT-də dinamik dəyişikliklər zamanı xərclərin optimallaşdırılmasına kömək edir və rəhbərliyin diqqətini əsas biznes proseslərinə yönəltməsinə şərait yaradır. Daxili resursların istifadəsini minimallaşdırmaqla yanaşı, tətil, xəstəlik və təlim kimi hallarda İT işçilərinin olmamasından yaranacaq problemlərin də həllini təmin edir. Həmçinin, qeyri-iş saatlarında İT infrastrukturunun tam dəstəklənməsi həyata keçirilir, beləliklə, biznesiniz daim yüksək effektivliklə çalışır.
Həllərimizin üstünlükləri
Biz şəbəkə infrastrukturunuzun dayanıqlı və effektiv işləməsini təmin edir, onun monitorinqi, sazlanması və optimallaşdırılması ilə məşğul oluruq.
Serverlərinizin fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin edərək onların quraşdırılması, konfiqurasiyası, monitorinqi və problemlərinin həlli ilə məşğul oluruq. Bu xidmət məlumatlarınızın və tətbiqlərinizin dayanıqlığını artırır.
Microsoft əsaslı sistemlərinizin (Windows Server, Exchange, Active Directory və s.) tam idarə olunmasını və optimallaşdırılmasını həyata keçiririk. Bu, şirkətinizin Microsoft mühitində yüksək səmərəliliklə işləməsini təmin edir.
Hər hansı İT problemi yarandıqda mütəxəssislərimiz günün 24 saatı, həftənin 7 günü dəstək göstərməyə hazırdır.
Tez-tez verilən suallar
Digər Həllər
Müasir biznes mühiti davamlı olaraq dəyişən rəqəmsal risklərlə üz-üzədir. AVICOM informasiya resurslarınızın qorunması üçün texnoloji, təşkilati və analitik komponentləri özündə birləşdirən təhlükəsizlik həlləri təqdim edir. Məqsədimiz məlumatlarınızın bütövlüyünü, məxfiliyini və əlçatanlığını təmin etməkdir.
Müasir biznes mühiti davamlı olaraq dəyişən rəqəmsal risklərlə üz-üzədir. AVICOM informasiya resurslarınızın qorunması üçün texnoloji, təşkilati və analitik komponentləri özündə birləşdirən təhlükəsizlik həlləri təqdim edir. Məqsədimiz məlumatlarınızın bütövlüyünü, məxfiliyini və əlçatanlığını təmin etməkdir.
ƏlaqəTəhlükəsizlik texnologiyalarına olan tələbat gündən-günə artır və bu sahədə yeniliklər video müşahidə sistemlərini daha funksional və əlçatan edir. AVICOM şirkəti müəssisələr və fərdi obyektlər üçün müasir video müşahidə həlləri təqdim edir.
Təhlükəsizlik texnologiyalarına olan tələbat gündən-günə artır və bu sahədə yeniliklər video müşahidə sistemlərini daha funksional və əlçatan edir. AVICOM şirkəti müəssisələr və fərdi obyektlər üçün müasir video müşahidə həlləri təqdim edir.
ƏlaqəŞirkətimiz innovativ yanaşmalar və beynəlxalq standartlara əsaslanan həllərlə İT infrastrukturunun qurulması, təkmilləşdirilməsi və dayanıqlı şəkildə idarə olunmasını təmin edir. Tərəfdaşlarımızın texnoloji üstünlükləri və komandamızın dərin ekspertizasına əsaslanaraq müştərilərə effektiv və funksional sistemlər təqdim edirik.
Şirkətimiz innovativ yanaşmalar və beynəlxalq standartlara əsaslanan həllərlə İT infrastrukturunun qurulması, təkmilləşdirilməsi və dayanıqlı şəkildə idarə olunmasını təmin edir. Tərəfdaşlarımızın texnoloji üstünlükləri və komandamızın dərin ekspertizasına əsaslanaraq müştərilərə effektiv və funksional sistemlər təqdim edirik.
Əlaqə